XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2020 - 10:43

Körfəz ölkələrində koronavirusla bağlı son vəziyyət- Açıqlandı

Aprelin 22-də Körfəz ölkələrində COVID-19-a yoluxma və ölüm halları artıb.

Son sutka ərzində Səudiyyə Ərəbistanında koronavirusa 1141 nəfər yoluxub, 5 ölüm faktı qeydə alınıb. Beləliklə, Krallıqda indiyədək koronavirusa yoluxanların sayı 12 min 772 nəfərə çatıb, 114 pasiyent isə həyatını itirib. Həyatını itirənlərin hamısının əcnəbi olduğu bildirilir.

Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi son sutka ərzində 483 nəfərin koronavirusa yoluxduğunu, 6 xəstənin isə həyatını itirdiyini bildirib. Bu ölkədə indiyədək virusa 8238 yoluxma, 52 ölüm faktı qeydə alınıb.

Digər Körfəz ölkələrində də koronavirusa yoluxma və ölüm halları artıb.

Omanda son sutkada koronavirusa 106 yoluxma qeydə alınıb. Bu ölkədə indiyədək COVID-19-a 1614 nəfər yoluxub, 7 pasiyent isə həyatını itirib.

Qətərdə aprelin 22-də COVID-19-a 608 yoluxma və bir ölüm faktı qeydə alınıb. Bu ölkədə indiyədək koronavirusa 7141 nəfər yoluxub, 10 nəfər həyatını itirib.

Qeyd edək ki, Qətər hökuməti Ramazan ayında karantin rejimi qaydalarını pozanlara 200 min rial (55 dollar) cərimə tətbiq edəcək(azərtac).