XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2020 - 12:55

Hindistan COVID-19-la mübarizəyə 2 milyard ABŞ dolları ayırdı

Hindistan hökuməti yeni koronavirusa qarşı mübarizə tədbirlərinə 150 milyard rupi (təxminən 2 milyard ABŞ dolları) vəsaitin ayrılmasını təsdiqləyib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə hökumət saytında yerləşdirilən məlumatda bildirilib.

Vəsait bir neçə istiqamətdə xərclənəcək. Bu məbləğin təxminən 1 milyard ABŞ dolları təcili tədbirlərə, qalan vəsait orta müddətə bir ildən dörd ilədək müddətə yönəldiləcək.

Bundan başqa, COVID-19 ilə mübarizə aparmaq üçün diaqnostik və ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılması və inkişafı, tibbi avadanlıq və dərmanların alınması, həkimlər və tibb işçilərinin sığortası və tədqiqat proqramları da nəzərdə tutulur.

Xatırladaq ki, Hindistanda koronavirus infeksiyasına yoluxma halları 20 471-ə çatıb, onlardan 652-si ölüb.