XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 00:12

Danimarka bəzi immiqrasiya məhdudiyyətlərini ləğv edib- Yeni qərar

Danimarka hökuməti koronavirus pandemiyası şəraitində tətbiq olunan bəzi immiqrasiya məhdudiyyətlərini ləğv edib.

Azərtac Danimarka KİV-lərinə istinadla xəbər verir ki, Krallığın hökuməti tərəfindən qəbul edilmiş yeni qərara əsasən, Danimarka sakinləri ilə ər-arvad və ya başqa yaxın qohumluq münasibətləri olan əcnəbi vətəndaşlar, həmçinin Danimarka sakinlərinin uşaqları və valideynləri, hətta onların Danimarkada yaşamaq üçün sənədləri olmasa belə, indi yenidən bu ölkəyə daxil ola bilərlər.

Bu qərar Danimarkada COVID-19 ilə mübarizə tədbirlərinin yumşaldılması üçün atılan növbəti addımdır. Mart ayında Danimarka hökuməti bu ölkədə olmaları üçün təsdiq edilmiş mühüm səbəblər olmayan əcnəbilərin Danimarkaya girişini xüsusi qərarla qadağan etmişdi.

Qeyd edək ki, Danimarka Avropada COVID-19 infeksiyasının yayılmasını məhdudlaşdırmaq məqsədilə faktiki olaraq martın 14-dən sərnişin daşımaları üçün sərhədləri bağlayan birinci ölkələrdən biri idi. Bu ölkə həm də virusla mübarizə çərçivəsində bəzi məhdudlaşdırıcı tədbirlərdən imtina etmiş birinci Avropa ölkələrindən biri oldu. Bir qədər əvvəl Danimarkada bərbərxana salonlarının, uşaq bağçalarının işinin və ibtidai məktəblərdə tədrisin bərpa olunması elan edilib.