XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2020 - 23:03

İtaliyada COVID-19-a qarşı peyvəndin sınağına yayda başlanılacaq

İtaliyada COVID-19 infeksiyasına qarşı peyvəndin insanlar üzərində kliniki sınağına bu ilin yay aylarında başlanılacaq. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə tibbi preperatın hazırlanması ilə əlaqədar əməkdaşlığa başlayan ReiThera (İtaliya), Leukocare (Almaiya) və Univercells (Belçika) biotexnoloji kompaniyalarından bildirilib.

Kliniki sınaqların uğurla həyata keçiriləcəyi təqdirdə kompaniyalar peyvəndin genişmiqyaslı istehsalına başlaya biləcəklər. Lakin tərəfdaşlar bildiriblər ki, təhlükəsiz və effektiv peyvəndin hazırlanması ilə yanaşı, qısa müddətə onun milyonlarla dozasını əldə etmək də vacibdir. Onlar bu iki məsələnin həll edilməsinə çalışacaqlarını bildiriblər. 

İnsanlar üzərində ilk kliniki sınaqlara yay aylarında İtaliyada başlanılacaq. Sınaqların uğurla başa çatmasından sonra, peyvəndin paralel olaraq istehsalına və toplanılmasına da start veriləcək.

2021-ci ilin əvvəllərində yeni preparatın 6 milyon dozasının hazır olacağı gözlənilir.