XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2016 - 13:14

Donald Tramp daha 3 ştatda qalib gəldi:Tanınmış Respublikaçılar onu ABŞ üçün "milli təhlükə” adlandırdı

 

tramp-2

 

ABŞ prezidenti postuna Respublika Partiyasından namizədliyə iddia edən milyarder Donald Tramp Miçiqan və Missisipi ştatlarında keçirilən ilkin seçkilərdə qələbə qazanıb.

Azertag.az Euronews telekanalına istinadla xəbər verir ki, bu arada Respublika Partiyasının 70-dən çox görkəmli üzvü Trampın prezident seçkilərində iştirakının əleyhinə olan açıq məktub yazıblar. Onlar milyarderi ABŞ-ın milli təhlükəsizliyinə təhlükə hesab edirlər.

Keçmiş dövlət katibi Hillari Klinton və senator Berni Sanders Demokratiya Partiyasından ABŞ prezidenti postuna rəsmi namizədlik uğrunda mübarizəni davam etdirirlər. Növbəti praymerizin nəticəsinə görə Berni Sanders Miçiqan ştatında, Hillari Klinton isə Missisipidə lider olub.

Hillari Klintonun Missisipidə qələbə qazanması gözlənilən idi. Belə ki, praymeriz ərəfəsində keçirilən sosioloji sorğu onun Sanders qarşısında aşkar üstünlüyə malik olduğunu göstərirdi. Lakin Miçiqan ştatında bələ proqnoz özünü doğrultmayıb.

Son məlumata görə, Donald Tramp partiya fəallarının Havayi ştatında keçirilən yığıncağında, onun əsas rəqibi olan senator Ted Kruz isə Aydaxo ştatında baş tutan praymerizdə qalib gəlib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.