XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 09:21

Britaniyada koronavirus:ölənlərin sayı 18,7 mini ötdü

Böyük Britaniyada yeni koronavirus qurbanlarının sayı bir gün ərzində daha 616 nəfər artıb.

Bu barədə Britaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19 qurbanlarının ümumi sayı 18 738 nəfər təşkil edir.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 583 nəfər artaraq, 138 078 nəfərə çatıb.

Son gün ərzində 14 629 insan COVID-19 testi verib. Ölkədə indiyədək 425 821 nəfər koronavirus testi verib.

Krallıqda koronavirusdan bir gün ərzində ən böyük ölüm sayı aprelin 10-da qeydə alınıb. Həmin gün 980 nəfər pandemiyanın qurbanı olub. insan. Sonrakı günlərdə ölüm halları – 917, 737, 717, 778, 761, 861, 847, 888, 596, 449, 823, 759 və 616 təşkil edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)