Rusiya Maliyyə Nazirliyinin Milli Rifah Fondunun maliyyə ehtiyatları 2 il sonra tükənə bilər.
Strateq.az “RBK”-ya istinadla xəbər verir ki, bu, Rusiyada istehsal olunan “Urals” neftinin 1 bareli 15 dollara başa gəldiyi halda baş verəcək.
Belə bir proqnozu “Deutsche Bank”ın analitikləri Pyotr Sidorov və Kristian Vetoşki təqdim ediblər.
Hazırda Maliyyə Nazirliyinin kapsulunda təxminən 120 milyard dolların toplandığı təxmin edilir.
Rusiya milli valyutasının hazırkı məzənnəsi ilə ehtiyatların likvid hissəsi təxminən 9 trilyon rubldur.
Mütəxəssislərin fikrincə, bu pul 2 il ərzində neft və qaz gəlirlərinin kəsirini ödəmək üçün kifayətdir. Ancaq Rusiyanın “qara qızıl”ı 1 barel üçün 30 dollar qiymətində olarsa, ehtiyatların tükənmə müddəti 6 il olacaq.
2 gün əvvəl Avropada Rusiyanın “Urals” markalı neftinin qiyməti 11.59 dollara düşüb. Bu, 1999-cu ilin martından bu yana ən aşağı qiymətdir.