XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2020 - 12:27

Dünyada koronavirusdan sağalanların sayı 750 000-i ötdü

Dünyada koronavirusdan sağalanların sayı 750 092 nəfərə çatıb.

Ən çox sağalma Almaniya (106 800), İspaniya (89 250) və ABŞ-da (85 922) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 191 000-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 2 726 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)