XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 12:34

“İran artıq fövqəldövlətdir” –“Sepah” komandanı

“Mən bu gün bəyan edirəm ki, biz fövqəldövlətik”.

Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusununun (İİKK) Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə bildirib.

“Qasid” ballistik rakleti ilə “Nur” peykinin istifadəyə verilməsinə toxunan İİKK komandanı əlavə edib: “İnşallah, kosmik komandanlığımızın həm müdafiə, həm də mülki sahədə xüsusi bir yer tapacağı gün gələcək”.

Əmirəli Hacızadə deyib: “Kosmos bir zərurətdir və əks halda, çox sayda hərbi və mülki obyektlərimizdən məhrum olardıq”.

Onun sözlərinə görə, kosmos sahəsində bu mərhələyə çatan istənilən ölkə supergüc kateqoriyasına aid edilir və İran artıq bu kateqoriyaya yetişib.