XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 16:08

“Qiymətlərinin aşağı olması ABŞ-da şist qazının hasilatının azalmasına səbəb olacaq” – Qazprom

ABŞ-ın neft və qaz qiymətlərinin aşağı olması ölkədə şist qazı istehsalının azalmasına gətirib çıxaracaq.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə “Qazprom” idarə heyətinin sədr müavini Oleq Aksyutin bildirib.

“Qazprom” dünyanın müxtəlif bölgələrində vəziyyəti və şist qazının istehsalını izləyir. Şirkət şist layihələrinin, xüsusən də dünyanın ən iri şist qaz istehsalçısı olan ABŞ-da, mənfəətliklə bağlı problemləri müəyyən edib.

“Qazprom”un qiymətləndirilmələrinə görə, qlobal qaz qiymətləri aşağı səviyyədə qalacağı təqdirdə, ABŞ-dakı şirkətlər yaxın vaxtda hasilatı azaltmağa başlaya bilər.

O bildirib ki, ABŞ-da istehsal olunan şist qazının əhəmiyyətli bir hissəsi səmt qazı olduğundan, şist neft istehsalının azaldılması qaz istehsalına birbaşa təsir göstərir. (apa)