XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2020 - 15:07

Saakaşvili Baş Nazirin islahatlar üzrə müavini olacaq:"Prezidentin təklifini qəbul etdim"

Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin vəzifə təklifini qəbul edib.

TASS-ın verdiyi xəbərə görə, bu barədə M. Saakaşvili bu gün “Xalqın xidmətçisi” fraksiyasının üzvləri ilə görüş öncəsi bildirib.

“Mən Prezident Zelenskinin təklifini qəbul etdim”, – deyə Gürcüstanın sabiq Prezidenti vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl V. Zelenski M. Saakaşviliyə Ukrayna Baş Nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif edib/APA