XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 19:11

“Ukraynada Saakaşviliyə vəzifə verilməsi qəbuledilməzdir” –Gürcüstanın Baş Naziri

“Gürcüstanda məhkum edilmiş və axtarışda olan şəxsə strateji tərəfdaş ölkədə vəzifə verilməsi bizim üçün qəti şəkildə qəbuledilməzdir”.

Bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya sabiq Prezident Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin müavini təyin edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, belə bir addım atıldığı təqdirdə Gürcüstan tərəfindən adekvat reaksiya veriləcək.

“Ukrayna xalqı bizimlə qardaş xalqdır və Ukrayna bizim strateji tərəfdaşımızdır. Qısamüddətli siyasi məqsədlər naminə uzunmüddətli siyasəti dəyişmək çətindir. Bununla belə, Gürcüstan üçün strateji tərəfdaş olan ölkədə Gürcüstanda məhkum edilən və axtarışa verilən şəxsi Baş Nazirin müavini təyin edilməsi şəxsən mənim üçün qəbuledilməzdir. Bu cür addım təbii olaraq Gürcüstan tərəfindən adekvat şəkildə cavablandırılacaq”, – deyə G. Qaxaria vurğulayıb.

Qaxariya qeyd edib ki, Ukrayna Radası qərarı dəstəkləyəcəyi təqdirdə Gürcüstanın Ukraynadakı səfiri geri çağırılacaq və məsələ ilə bağlı məsləhətləşmələr aparılacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl V. Zelenski M. Saakaşviliyə Ukrayna Baş Nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif edib. Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin vəzifə təklifini qəbul edib. (apa)