XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2015 - 14:34

Türkiyə yox, Suriya haqlıymış

Dünən Türkiyə rəsmiləri, o cümlədən, baş nazir Əhməd Davudoğlu Suriyaya aid bir vertolyotu vurduqlarını bildirmişdi. Suriya tərəfi isə bu məlumatı təkzib edərək, vurulan nəsnənin vertolyot yox, pilotsuz kəşfiyyat təyyarəsi olduğunu açıqlamışdı. Məsələyə aydınlıq gətirmək üçün gözlər Türkiyənin Müdafiə Nazirliyinə dikilmiş, bu qurum isə hava nəqliyatı vasitəsinin növünün araşdırıldığını dilə gətirmişdi.

Maraqlıdır ki, araşdırmanın dəlili Suriyadan gəldi. Vurulan hərbi hava vasitəsinin şəklini yayınlayan rəsmi Dəməşq raketin içiboş nəsnəyə atıldığını ortaya qoydu. Yayılan şəkillərdə qan izinin bulunmaması və təyyarənin xeyli kiçikliyi hava vasitəsinin pilotsuz təyyarə olduğunu göstərir.

Strateq.az