XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 23:47

Nyu-Yorkda daha 422 nəfər koronavirusdan ölüb –Qubernator

ABŞ-ın Nyu-York ştatında son sutkada 422 nəfər koronavirusdan ölüb ki, bu da dünənkindən 16 nəfər azdır.

“TASS” xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib.

Qeyd edək ki, ötən gün 438, çərşənbə günü isə 474 nəfərin öldüyü deyilirdi. Nyu-Yorkda ən faciəvi göstərici aprelin 8-də qeydə alınıb – 799 nəfər. Ştatda koronavirusdan ölənlərin ümumi sayı isə 15 mindən çoxdur. Hazırda 14 200 nəfər xəstəxanalardadır. (apa)