XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2020 - 06:32

Nyu-Yorkun qubernatoru Trampı suçladı:"Ştata koronavirus Çindən deyil, Avropadan gəlib"

Nyu-York ştatının qubernatoru Endrü Kuomo cümə günü bildirib ki, tədqiqatlar koronavirusun ştata Çindən deyil, Avropadan gəldiyini göstərir. O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp xəstəliyin yayılmasının qarşısını almaq məqsədiylə səyahət qadağaları haqda qərarı çox gec verib.

Strateq.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, Kuomo çıxışı zamanı “Northeastern” universitetinin tədqiqatlarına istinad edib.

Qubernator bildirib ki, 1 mart tarxində ştatda ilk yoluxma halı təsdiq olunduğu zaman Nyu-Yorkda artıq 10 mindən çox insanın xəstəliyə yoluxduğu ehtimal olunurdu.

O deyib ki, xəstəliyin Nyu-Yorka İtaliyadan gəldiyi güman edilir.

Qubernator qeyd edib ki, Tramp Çinə səyahət qadağasını fevralın 2-də elan edib, bu isə Çində xəstəliyin elan olunmasından 1 aydan çox sonraya təsadüf edir. Lakin Tramp Avropa ilə də gediş-gəlişi növbəti ay məhdudlaşdırıb. O, virusun həmin dövrdə ABŞ-da geniş yayıldığına inandığını bildirir.

“Biz Çində epidemiya üzə çıxandan iki ay sonra addımlar atmağa başladıq. Geriyə dönüb baxanda, düşünürsünüz ki, Çində virus iki ay ərzində hələ də bizim hərəkətə keçməyimizi gözləyirdi?” – deyə Kuomo mətbuat konfransında sual edib.

“Biz addımlar atmağa başlayanda, qatar artıq çoxdan stansiyanı tərk etmişdi” – deyə o, əlavə edib.

Nyu-York ştatı ABŞ-da koronavirusun episentiri olaraq qalmaqdadır. Cümə günü ABŞ-da koronavirusdan ölənlərin sayı 50 mini ötüb. Ölümlərin 16 mindən çoxu təkcə Nyu-Yorkun payına düşür.