XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2020 - 09:16

ABŞ Çinin 4 telekommunikasiya şirkətini hədələyib- Lisenziyalarının ləğvi ilə

ABŞ rəsmiləri Çinin dörd telekommunikasiya şirkətini ölkədə fəaliyyət göstərmək üçün verilən lisenziyadan məhrum edəcəkləri ilə hədələyib.

APA “TASS”-a istinadən xəbər verir ki, ABŞ-ın Federal Rabitə Komissiyası bu firmalara məktub göndərərək, onlardan “Çin hökumətinin təsiri və nəzarəti altında olmadıqlarını” nümayiş etdirmələrini tələb edib. Qurum qərarı mətbuata açıqlamasında bildirib.

Sənəddə göstərilir ki, komissiya məhkəməsi “China Telecom Americas”, “China Unicom America”, “Pacific Networks” və “ComNet” şirkətinə təsir göstərməyə çalışır. “Sərəncam tələb edir ki, bu şirkətlər onların ABŞ-da fəaliyyətinə verilmiş icazələrin komissiya tərəfindən ləğvinə əsas yaranmaması üçün izahat gətirsinlər”, – press-relizdə belə deyilir.

Komissiyanın rəhbəri Acit Pay bildirib ki, hazırkı addım komissiyanın, ayrı-ayrılıqda ədliyyə, daxili təhlükəsizlik, müdafiə, ticarət nazirlikləri, həmçinin ABŞ Dövlət Departamenti və ticarət danışıqlarındakı Amerika aparatının nümayəndəliyinin “dərin narahatlığını” əks etdirir.

Adıçəkilən dörd firmaya komissiyaya cavab hazırlamaları üçün 30 gün vaxt verilib.