XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2020 - 10:52

Koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı 284-ə çatdı

Dünyada koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı məlum olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi videobrifinqin gedişatında bildirib.

O, qeyd edib ki, dünyanın ən böyük təşkilatının 280-dən çox üzvü COVD-19 infeksiyasına yoluxub.

“Dünən axşamkı məlumata görə, dünyada BMT əməkdaşları arasında ümumi 284 yoluxma halı var”, – Dyujarrik deyib.

Onun sözlərinə görə, BMT katibliyinin heyətində sülh, səhra və siyasi missiyalar daxil olmaqla, 43 xəstə var.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.