XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2020 - 19:15

G20 liderlərinin videokonfransı təxirə salınıb- Fikir ayrılığına görə

“Böyük iyirmilik” (G20) ölkələri liderlərinin ikinci videokonfransı Çin və ABŞ arasında Dünya Səhiyyə Təşkilatının rolu barədə fikir ayrılığı səbəbindən təxirə salınıb.

Azərtac “South China Morning Post” nəşrinə istinadla xəbər verir ki, ABŞ Dünya Səhiyyə Təşkilatının Çin ərazisində başlayan və pandemiyaya səbəb olan COVID-19 xəstəliyinin yayılması ilə mübarizədə əvvəlki fəaliyyəti barədə hesabat tələb edir. Lakin Pekin Vaşinqtonun təşkilatın fəaliyyətini təhqiq etmək barədə təklifini müzakirə etməkdən qəti şəkildə boyun qaçırır.

Əgər tərəflər kompromisə nail olsalar və yekun sənəddə Dünya Səhiyyə Təşkilatına aid məsələdə razılığa gəlsələr, sammitin yaxın gələcəkdə baş tutacağı istisna olunmur.

Qeyd edək ki, G20 liderlərinin videokonfrans formatında ilk sammiti martın 26-da keçirilib. İştirakçılar pandemiya şəraitində dünya iqtisadiyyatının stabilləşməsi üçün 5 trilyon dollar ayırmaq barədə razılığa gəliblər.