XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2020 - 21:09

ÜST Avropa üçün təlimatlar dərc edib- Koronavirusa görə məhdudiyyətlərin tədricən aradan qaldırılması ilə bağlı

ÜST-ün Avropa Regional Bürosu COVID-19 pandemiyasının Avropa qitəsində yayılmasına cavab olaraq bir çox ölkələr tərəfindən tətbiq olunan məhdudiyyətlərin tədricən aradan qaldırılması üçün təlimatlar dərc edib.

APA-nın xəbərinə görə, ÜST-ün Avropa Regional Bürosu geniş miqyaslı məhdudlaşdırıcı ictimai sağlamlıq tədbirlərinin yüngülləşdirilməsi prosesində 4 əsas komponenti vurğulayıb. Bunlar ictimai sağlamlıq və epidemioloji tədbirlər, ikili səhiyyə sisteminin (dövlət və özəl) idarə edilməsi, əhali və davranış anlayışları, sosial və iqtisadi təsirlərdir.

ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Henri Kluge deyib ki, bu sənəd məhdudiyyətlərin tədricən yüngülləşdirilməsi və yeni normaya keçid üçün əsas təlimatlar verməklə ölkələrə dəstək olmaq məqsədi daşıyır. ÜST rəhbərliyi məhdudiyyətləri asanlaşdırmaq üçün 6 meyarı qeyd edib. Bunlar COVID-19-un yayılmasının nəzarət altında olduğunu göstərən sübutlar, ictimai sağlamlıq və səhiyyə sisteminin müəyyənləşdirmək, təcrid etmək, test etmək, əlaqələri izləmək və karantin etmək imkanlarının təminatı, yüksək həssaslığın olduğu mühitlərdə, xüsusilə yaşlı insanlar üçün evlərdə, psixi sağlamlıq müəssisələrində və insanların sıx yaşadığı yerlərdə yayılma risklərinin minimuma endirilməsi, iş yerlərində fiziki uzaqlaşdırma, əl yuma vasitələri, tənəffüs və havalandırma daxil olmaqla profilaktik tədbirlərin tətbiqi, idxal risklərinin idarə oluna bilməsi, icma və cəmiyyətlərin vahid rəydə olması, vəziyyətin fərqinə varması və keçid prosesində iştirakıdır: “Təlimata görə, məhdudiyyətlər yüngülləşdirildiyi halda da ölkələr yoluxma hallarını nəzarətdə saxlamaq üçün fiziki uzaqlaşdırma tədbirlərinin yenidən reallaşdırılmasının zəruri ola biləcəyini qəbul etməlidirlər.

Bütün halları müəyyənləşdirmək, test və təcrid etmək, əlaqələri izləmək və karantin etmək üçün ciddi bir nəzarət proqramı lokallaşdırılmış yoluxmaların nəzarətdən çıxmaması üçün vacibdir. Tədbirlər yüngülləşdirildikdə belə reproduktiv faktoru 1-dən çox olmamalıdır, yəni, yoluxmuş bir şəxs virusu 1-dən artıq şəxsə ötürməməlidir. Yeni halların sayının artımını göstərən bir tendensiya meydana çıxarsa, xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün fiziki uzaqlaşdırma tədbirlərinin tez bir zamanda yenidən tətbiqi tələb olunur. Nəticə etibarilə bu məhdudiyyətlərin yüngülləşdirilməsi qısa müddətli dəyişikliyə meyllidir.

COVID-19-un təbiətinə görə 10-14 gün keçməyincə məhdudiyyətin yüngülləşdirilməsinin təsirini görmək çətindir. Bu səbəbdən məhdudiyyətlərin yüngülləşdirilməsi tədricən gedəcək, gigiyena qaydaları və digər göstərişlər gündəlik normaya çevriləcək. Bundan əlavə, səhiyyə işçilərinə istirahət və özünü bərpa imkanı verilməlidir. COVID-19 səhiyyə sistemlərinin lazım olan digər sağlamlıq problemlərini aradan qaldırmasına və gündəlik xidmətlərin göstərilməsinə, məsələn, uşaqların gündəlik peyvəndlərinin təxirə salınmasına təsir göstərib. Bu, peyvəndlə qarşısı alına biləcək xəstəliklərin yayılmasını önləmək üçün vacibdir”.