XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

26 Aprel 2020 - 00:21

Berlində karantin tədbirlərinə qarşı etiraz aksiyası keçirilib –FOTO

Almaniyanın Berlin şəhərində koronavirus epidemiyası ilə mübarizə üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq aksiya keçirilib.

“RİA Novosti” xəbər verir ki, polis nümayişin təşkilatçılarından bir neçəsini saxlayıb.

Mitinq Roza Lüksemburq meydanında baş tutmalı idi, lakin polis meydana keçidi bağlayıb. Nəticədə, mitinq vaxtı meydanda 100-dən çox etirazçı olub. Digərləri meydanın yaxınlığındakı küçələrə toplaşıb.

Etirazçıların əsas tələbi konstitusiya hüquqlarının bərpası olub. Onlar bildirib ki, məhdudlaşdırıcı tədbirlər ölkə vətəndaşlarının mülki və iqtisadi hüquqlarının pozulmasıdır.

Plakatlardakı şüarlar arasında: “Vətəndaş hüquqlarının pozulmasını dərhal ləğv et!”, “Oyan! Konstitusiya ilə nə baş verir?” olub.

Təxminən bir saat sonra polisin tələbi ilə aksiya iştirakçılarının böyük hissəsi dağılışmağa başlayıb/Report.