XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 Aprel 2020 - 09:24

Almaniyada koronavirus:yoluxanların sayı 154 mini ötdü

Almaniyada koronavirusdan son sutkada daha 140 nəfər ölüb.

Məlumatı Robert Kox İnstitutu yayıb.

Bildirilib ki, virusdan ölənlərin sayı 5 640-a çatıb.

Məlumat görə, son sutkada koronavirusa 1 737 nəfər yoluxub. Bununla da onların sayı 154 175 nəfər olub. 

Mütəxəssislər bildirib ki, bu müddət ərzində 112 min nəfər müalicə edilərək sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Report