XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

26 Aprel 2020 - 13:46

İspaniyada koronavirus:virusa yoluxan daha 288 nəfər ölüb

Son sutka ərzində İspaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 288 nəfər ölüb.

Bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə virusa yoluxuma nəticəsində ölənlərin sayı 23 min 190 nəfərə çatıb.

Sutka ərzində 1729 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Beləliklə, İspaniyada indiyə qədər 207 min 634 nəfər koronavirusa yoluxub, 98 min 732 xəstə sağalıb.

Qeyd edək ki, İspaniya hazırda koronavirusa yoluxma nəticəsində ölənlərin syaına görə dünyada ABŞ və İtaliyadan sonra üçüncü yerdə, koronavirusa yoluxanların sayına görə isə ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb. /APA