XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

26 Aprel 2020 - 17:12

Uhanda koronavirusa yoluxanların müalicəsi başa çatıb

Yeni növ koronavirus (COVİD1-9) pandemiyasının yayıldığı Çinin Hubey əyalətinin paytaxtı Uhan şəhərində virusa yoluxan sonuncu xəstə də xəstəxanadan evə buraxılıb.

Sonuncu xəstə aprelin 24-də xəstəxanadan buraxılıb.

Qeyd edək ki, Uhanda 46,4 min nəfər koronavirusa yoluxub. Bu, Çində virusa yoluxanların 54 faizini təşkil edir. Uhanda koronavirusa yoluxanlardan 3,8 min nəfər ölüb. Bu, Çində virusa yoluxma nəticəsində ölənlərin 84 faizini təşkil edir. /APA