XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

26 Aprel 2020 - 20:17

“Paris-2024″ü yenidən düşünüb, yeni dünyaya uyğunlaşdırmalıyıq” –IOC-un üzvü

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) üzvü Qi Dryu 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının yenidən planlanmalı olduğunu bildirib. 

70 yaşlı fransalı funksioner buna koronavirus pandemiyasının səbəb olduğunu vurğulayıb: “Hazırda yaşadığımız böhran gündəlik həyatımıza uzunmüddətli, eyni zamanda iqtisadi və sosial təsir göstərir. Bu, nəticəsiz qala bilməz. Hamımız bundan yeni insanlar kimi çıxacağıq, Olimpiya və Paralimpiya Oyunları da bu çərçivədə istisna deyil, fərqli şəkildə olmalıdır”.

IOC üzvü deyib ki, hazırladıqları layihə artıq köhnəlib və hazırkı reallıqlarla əlaqəsi yoxdur: “İlk ehtiyacımız olimpiadanın maliyyələşdirəcəyi büdcəni yenidən qiymətləndirməkdir. “Paris-2024″ü yenidən düşünüb, yeni dünyaya uyğunlaşdırmalıyıq”. 

Qeyd edək ki, bu il 24 iyul – 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio Olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək. Paris Yay Olimpiya Oyunları 2024-cü ilin 26 iyul – 11 avqustunda olacaq.   /Report