XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

26 Aprel 2020 - 22:41

Fransada pandemiya:22,8 min nəfər koronavirusdan ölüb

Fransada koronavirusdan ölənlərin sayı son sutkada 242 nəfər artaraq, ümumilikdə 22 856 nəfərə çatıb.

Bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Ölüm hallarından 14 202-si xəstəxanalarda, 8654-ü isə qocalar evində qeydə alınıb.

Məlumata görə, ölkə ərazisində koronavirusa yoluxanların sayında son 24 saatda da artım olub. Belə ki, daha 461 fransalı virusa yoluxub və ümumilikdə yoluxma hallarının sayı 124 575-ə çatıb.

Reanimasiyalarda olan xəstələrin sayında azalmalar davam edir. Hazırda intensiv terapiya şöbələrində 4682 nəfər var. Ümumilikdə 28 217 nəfər tibb müəssisələrində müalicə alır. Epidemiyanın başlanğıcından bəri Fransada təxminən 45 min insan sağalaraq xəstəxanaları tərk edib. /APA