XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 11:22

Almaniyada koronavirus:yoluxanların sayı 155 mini ötdü

Almaniyada koronavirusdan ölənlərin sayı 5,7 min nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 155 mini ötüb.

İnstitutun məlumatına görə, Almaniya Federativ Respublikasında (AFR) bir gün ərzində 110 xəstə koronavirusdan ölüb. Bununla da ölümlə nəticələrin halların ümumi sayı 5 750 təşkil edir.

Həkimlər bildiriblər ki, pandemiya ərzində virus 155 193 insanda aşkarlanıb. Ölkədə ümumilikdə 114 mindən çox insan sağalıb.

Koronavirusa yoluxma hallarının ən böyük sayı Bavariyada (41 070) aşkarlanıb. Şimal Reyn-Vestfaliyada 31 879 nəfər, Baden-Vürtemberqdə 31 043 nəfər COVID-19 infeksiyasına yoluxub. Berlində koronavirusa 5 638 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.