XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 12:33

Ukraynada koronavirus:yoluxanların sayı 9 000-i ötdü

Ukraynada daha 392 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı 9009-a çatıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 11 nəfər artaraq 220 nəfərə yüksəlib.

İndiyədək 864 nəfər koronavirusdan sağalıb.

Xatırladaqki, koronavirusinfeksiyası ötənilindekabrında ÇininUhan şəhərində yayılmağabaşlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 995 000-i ötüb. Bunların 881 528 nəfəri sağalıb, 207 009 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.