XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 12:50

Almaniya hökuməti bu il ÜDM-in 6.3 faiz azalacağını gözləyir

Almaniya hökuməti bu il milli ÜDM-in koronavirus epidemiyasının fəsadları ilə əlaqədar bir il əvvəllə müqayisədə 6.3 faiz azalacağını gözləyir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Suddeutsche Zeitung” qəzeti xəbər verir.

Nəşrin qeyd etdiyi kimi, bu Federativ Respublikasının yarandığından indiyədək ÜDM-in ən çox azalmasıdır və böhranın zirvəsi kimi qiymətləndirilir. Almaniya hökuməti, 2020-ci ilin ikinci yarısında və gələn il vəziyyətin tədricən yaxşılaşacağını gözləyir, lakin 2021-ci ildə pandemiyadan əvvəlki iqtisadi səviyyəyə çatmaq mümkün olmayacağını bildirir.