XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 14:47

“Kim Çen Inın ölməsi xəbəri yalandır” –Cənubi Koreyadan təkzib

Cənubi Koreyanın bir yüksək vəzifəli məmuru Şimali Koreya lideri Kim Çen Inın sağlamlığı ilə bağlı şayiələrin yalan olduğunu bildirib.

Strateq.az “Huffungton Post”-a istinadla xəbər verir ki, rəsmi Seulun birləşmə naziri Kim Yeon-Çul paytaxtda keçirilən qapalı bir forumda Şimali Koreyada “inandırıcı bir inkişaf olmadığını söyləmək üçün kifayət qədər zəkaya sahib olduğunu” deyib.

O, Kim Çen In xəstələnməsi və uğursuz əməliyyatdan ölməsi barədə şayiələri təkzib edib.

Nazir kəşfiyyat məlumatlarına istiad etdiyini açıqlamayıb, ancaq məlumatların kompleks təhlildən keçdiyini vurğulayıb.

Bununla da Kim Çen Inın  ölkəni idarə etdiyi barədə Cənubi Koreya rəsmilərinin əvvəllər verdiyi açıqlamalar təkrarlanıb.