XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 17:15

Böyük dövlətlərdə koronavirusun bitəcəyi tarix açıqlandı –Ən tez Rusiyada yekunlaşacaq?

Dünyada kifayət qədər nüfuzlu elm mərkəzlərindən sayılan Sinqapur Texnologiya Universitetinin (SUTD) mütəxəssisləri böyük dövlətlərdə koronavirus pandemiyasının yekunlaşacağına dair proqnozlarını açıqlayıblar.

Qərb mətbuatı xəbər verir ki, mütəxəssislər pandemiyanın ən tez Rusiyada başa çatacağı qənaətindədirlər.

Onların proqnozlarına görə, Rusiyada koronavirus pandemiyası təxminən iyulun 20-də başa çatacaq. Həmin vaxtdan sonra yeni yoluxmalar qeydə alınmayacaq. Mütəxəssislərin fikrincə, koronavirusun ən gec “yaxasını buraxacağı” ölkə isə ABŞ olacaq. ABŞ-da “COVİD-19” pandemiyasının avqustun 27-də bitəcəyi gözlənilir.

Həmçinin, epidemiyanın Böyük Britaniyada avqustun 14-də, Fransada avqustun 5-də, Almaniyada isə avqustun 1-də bitəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, bundan öncə Kremlin sözçüsü Dmitri Peskov Rusiyada pandemiyanın iyun ayından etibarən xeyli yüngülləşəcəyinə ümid etdiklərini söyləmişdi. (AzPolitika.info)