XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 20:23

FIFA-dan təklif:"Əvəzetmələrin sayı artırılsın"

FIFA koronavirusa görə yaranan fasilədən sonra başlayacaq çempionatlarda müvəqqəti olaraq əvəzetmələrin sayını üçdən beşə artırmağı təklif edir.

“Reuters” xəbər verir ki, yarışlar yenidən başlayacağı təqdirdə, qalan oyunlar qısa müddətdə keçirilməli olacaq. Bu da futbolçular üçün böyük yük və yüksək zədə riski ilə nəticələnə bilər.

FIFA-nın təklifi Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən təsdiqlənməlidir. Ancaq son qərar turnirin təşkilatçılarına aiddir.

Qeyd edək ki, dünyanın əksər ölkələrində futbol çempionatları koronavirus pandemiyasına görə dayandırılıb. (report)