XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Aprel 2020 - 19:49

Rusiyada 400-ə yaxın hamilə koronavirusa yoluxdu –Səhiyyə Nazirliyi

Rusiyada 394 hamilə koronavirusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin mamaçılıq və ginekologiya üzrə mütəxəssisi Leyla Adamyan bildirib.

Onun sözlərinə görə, həmin qadınların 276-sı Moskvadadır və səhhətləri ağır deyil.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 87 147 nəfərə çatıb. Ölkədə qurbanların sayı isə 50 nəfər artaraq 794-ə yüksəlib.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 871.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)