XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 19:05

Avropanın bəzi bölgələrində neft məhsullarına tələbat artır –Rusiya energetika naziri

Avropanın şimal və orta bölgələrində neft məhsullarına tələbat artır.

Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak “Rossia24” telekanalına müsahibəsində deyib.

Bu proses davam etdiyi təqdirdə bazarların sabitləşəcəyini qeyd edən rusiyalı nazi bildirib:

“Məncə, bu pandemiyanın dünyada necə yayılacağı və ona qarşı indiyədək hansı tədbirlər görüldüyü, normal həyata nə qədər tez dönüləcəyi, nəqliyyatın fəaliyyəti, dünya iqtisadiyyatının necə dirçələcəyi kimi məsələlərdən çox şey asılıdır”.

Nazir həmçinin ilin ikinci yarısında iqtisadiyyatın dirçəlməyə başlayacağını, enerji daşıyıcılarına olan tələbatın artacağını güman etdiyini vurğulayıb. (report)