XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 19:16

“AVRO-2020-də eyni təqvim və eyni şəhərləri saxlamaq niyyətindəyik” – UEFA

“2020-ci il Avropa çempionatının 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcəyi ehtimal olunur”. 

Bunu UEFA açıqlayıb.

Qitə futbol qurumu Rusiyanın “Sport-Ekspess” nəşrinin sorğusuna cavab olaraq, AVRO-2020-nin ev sahiblərinin sayının dəyişdirilməsi ehtimalını cavablandırıb. Qurum ev sahiblərindən biri olan Danimarka paytaxtı Kopenhagenin yarışı qəbul etməkdən imtina ehtimalının təşkilatçı ölkələrin sayının azalmasına təsirinə münasibət bildirib:  “Biz eyni oyun təqvimi və eyni ev sahibi şəhərləri saxlamaq niyyətindəyik. Amma indiki mərhələdə matçların təqvimi rəsmən təsdiqlənməyib. UEFA bu məsələylə bağlı 12 şəhərin hamısı ilə sıx əlaqədədir. Yeni məlumatlar müvafiq qaydada elan olunacaq. Bu gün verə biləcəyimiz hansısa əlavə informasiyamız yoxdur”.

Qeyd edək ki, AVRO-2020-nin oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək. (Apasport.az)