XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 20:35

Britaniyada koronavirus:ölənlərin sayı 21 mini ötdü

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 329 nəfər artıb.

Bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 21 061 nəfər təşkil edir.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 463 nəfər artaraq 152 840-a çatıb.

Bildirilib ki, Böyük Britaniyada martın 30-dan bəri ilk dəfə pandemiyadan ən aşağı ölüm göstəricisi qeydə alınıb. (report)