XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 21:30

İtaliyada koronavirus:ölüm və yoluxma sayı azalır

İtaliyada son bir gün ərzində daha 333 nəfər koronavirusdan ölüb.

Bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 26 977 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 1 739 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 199 414-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 66 624 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb/Report.