Rusiyada son bir gündə daha 72 nəfər koronavirusdan vəfat edib, 6411 nəfər isə yeni növ virusa yoluxub.
Strateq.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Operativ Qərargahı açıqlayıb.
Bildirilib ki, bununla da Rusiyada virusdan ölənlərin sayı 867-yə, yoluxanların sayı isə 93558 nəfərə çatıb.