XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 16:24

İsveçrədə koronavirus:yoluxanların sayı 30 000-ə çatır

İsveçrədə ötən sutka ərzində 100 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bunu ölkənin Federal İctimai Səhiyyə Administrasiyası açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində ölkədə COVID-19-dan 27 ölüm qeydə alınıb.

Beləliklə, Mərkəzi Avropa ölkəsində indiyədək 29 264 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 1 380 nəfəri ölüb.

Qeyd edək ki, İsveçrə məhdudlaşdırıcı tədbirləri ləğv etməyə başlayıb. Bu, üç mərhələli şəkildə olacaq/Report.