Azərbaycanda təhsil alan iranlı tələbələr ölkəsinə qayıdıb.
Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, İslam Respublikası səfirliyinin səyləri və iki ölkə rəsmilərinin razılığı ilə Bakıda yaşayan 144 iranlı tələbə Astara sərhəd keçidi vasitəsilə vətəninə dönüb.
Koronavirus başlaması ilə əlaqədar Azərbaycan-İran sərhədinin müvəqqəti bağlanması barədə ilk qərar fevralın 29-da verilib, daha sonra qərarın müddəti artırılıb.