XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 19:03

Çində internet istifadəçilərinin sayı 904 milyona çatıb- Son rəqəmlər

Mart ayının sonuna olan statistikaya əsasən, Çində internet istifadəçilərinin sayı 904 milyona çatıb.

Azərtac Çin İnternet Şəbəkəsi Məlumat Mərkəzinə istinadla xəbər verir ki, bu rəqəm 2018-ci ilin sonuna olan göstəricidən 75 milyon nəfər çoxdur.

Bildirilir ki, mobil telefonlar vasitəsilə internetə çıxış əldə edənlərin sayı da təxminən 80 milyon artaraq 897 milyon nəfərə çatıb. Bu, ümumi internet istifadəçilərinin 99,3 faizi deməkdir.

Qeyd edək ki, Çin internet istifadəçilərinin sayına görə dünyada birinci yerdədir. Növbəti yerlərdə Hindistan və ABŞ qərarlaşıb.