XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 19:43

Karantin başlayandan bəri işsizlərin sayı 127 min nəfər artıb- Ukraynada

Ukraynada karantin başlayandan bəri işsizlərin sayı 127 min nəfər artıb.

Ukrayna Ali Radasının insan haqları üzrə müvəkkilinin mətbuat xidmətindən verilən məlumata görə, bu işsizlərin yarısı karantin dövründə işdən çıxarılıb.

2020-ci il aprelin 27-si üçün olan məlumata görə, Ukrayna Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınmış işsiz vətəndaşların sayı 431.900 nəfər olub ki, bu da keçən ilin bu tarixinə olan məlumatla müqayisədə təqribən 119 min nəfər və ya 38 faiz çoxdur.

Qeyd edək ki, təkcə son həftə ərzində Ukraynada işsizlərin sayı təqribən 26 min nəfər artıb.

Bildirilir ki, qeydiyyata alınmış işsizlərin yarısı tərəflərin razılığı ilə işdən çıxarılıb(azərtac).