XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 21:40

Rumıniyada dərslər sentyabrda başlayacaq- Hökumət qərar verdi

Rumıniyada bağçalar, məktəblər və universitetlər sentyabrda açılacaq.

Azərtac Rumıniya hökumətinin qərarına istinadən xəbər verir ki, şagirdlər və tələbələr iyunun 12-nə kimi məsafəli təhsil vasitəsilə dərslərini keçəcəklər. Eyni zamanda, bildirilir ki, məktəbi bitirəcək şagirdlərə imtahanlara hazırlaşmaq üçün şərait yaradılacaq. İmtahanlara isə tələbələr tək-tək daxil olacaq, çıxdıqda onların hərarəti ölçüləcək, imtahan otağı dezinfeksiya ediləcək.

Qeyd edək ki, Rumıniyada təhsil ocaqları martın ortasından bağlıdır.