XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 11:23

Türkiyə Prezidenti Trampa məktub göndərdi:"Bu çətin günlərdə ABŞ-ın yanındayıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.

APA-nın yerli bürosunun CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, Türkiyədən ABŞ-a yola salınan tibbi ləvazimatlarla birlikdə göndərilən məktubda Ərdoğan D. Trampın ABŞ-da yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün atdığı addımları təqdir edib.

Türkiyə Prezidenti bildirib ki, bu çətin günlərdə ölkəsi ABŞ-ın yanındadır.

“Suriya və Liviya başda olmaqla, regiondakı son hadisələr, Türkiyə-ABŞ ittifaqının və əməkdaşlığının daha güclü şəkildə davam etdirilməsinin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərib. Ümid edirəm ki, qarşıdakı dövrdə Konqres və ABŞ mətbuatı da pandemiya vaxtı nümayiş etdirdiyimiz bu birliyin təsiri ilə münasibətlərimizin strateji əhəmiyyətini daha yaxşı qavrayacaq. ABŞ-da COVID-19-dan həyatını itirən vətəndaşlarınızın ailə üzvlərinə və yaxınlarına, dost və müttəfiq Amerika xalqına ölkəm və millətim adından başsağlığı verirəm”, – deyə məktubda qeyd olunub.