XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2020 - 15:21

Böyük Britaniyanın baş naziri 6-cı dəfə ata oldu- Boris və Kerri cütlüyünün oğlu olub

Böyük Britaniyanın baş naziri Boris Conson və nişanlısı Kerri Simondsun övladları dünyaya gəlib.

“Report” “CNN Turk”ə istinadən xəbər verir ki, məlumatı baş nazirin sözçüsü yayıb.

Onun sözlərinə görə, cütlüyün oğlu olub.

Qeyd edək ki, B.Conson və K.Simonds cari ilin fevralında nişanlandıqlarını, övladlarının dünyaya gələcəyini bildirmişdilər.

Yeni körpə isə B.Consonun 6-cı övladıdır. Ehtimal edilir ki, baş nazirin boşanma prosesi başa çatandan sonra cütlük evlənəcək. Son 250 ildə K.Simonds Britaniya hökumət başçısının nikahı olmayan həyat yoldaşıdır. Baş nazirin əvvəlki nikahlardan 3 qızı, 2 oğlu var.

B.Conson 1987-ci ildə Alleqre Mostin-Ouenlə ailə qurub. Onlar 1993-cü ildə boşanıblar. O, 1993-cü ildə Marine Uilerlə ailə qurub. Onların 2 qızı, 2 oğlu olub. 2009-cu ildə Consonun sənətşünas Helen Makintayrdan qızı dünyaya gəlib. Boris Conson 2018-ci ildə Marine Uilerlə boşanıb. İndi baş nazir Simondsla yaşayır. K.Simonds Mühafizəkarlar Partiyasında ictimai fəaliyyətlə məşğuldur.

Xatırladaq ki, B.Conson bir müddət əvvəl koronavirusa yoluxmuşdu. İnfeksiyadan sağalan baş nazirin mayın 4-də işə çıxacağına dair məlumatlar yayılıb.

Yeri gəlmişkən, Boris Conson 1964-cü il iyunun 19-da ABŞ-da, Nyu-York ştatının Yuxarı İst-Sayd şəhərində anadan olub.