XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 16:11

ABŞ-da koronavirus:sutka ərzində 24 385 nəfər virusa yoluxub, 2096 nəfər ölüb

ABŞ-da son sutka ərzində 24 385 nəfər koronavirusa (COVID-19) yoluxub.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Federal və yerli hakimiyyətlərin məlumatları əsasında hesablama aparan Cons Hopkins Universiteti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, son 24 saat ərzində ölkədə 2 096 nəfər koronavirusun qurbanı olub.

Bir gün əvvəl isə ölənlərin sayı 1 778 nəfər, yoluxanların sayı isə 22 412 nəfər olmuşdu.

ABŞ-da ümumilikdə 1 012 583 nəfərə COVİD-19 diaqnozu qoyulub, 58 mindən artıq insan vəfat edib. (apa)