XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2020 - 19:20

“Koronavirusdan ölənlərin sayına görə Türkiyə Avropa ölkələri arasında sonuncu yerdədir”- Nazir

“Türkiyədə COVID-19-la mübarizədə uğurlarımızın üç səbəbi var: düzgün tədbir, düzgün diaqnoz və sürətli müalicə”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə bu gün yeni növ karonavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

Nazir deyib ki, qəbul edilən qaydalara əhalinin riayət etməsi, filyasyon (xəstələrlə ünsiyyətdə olanların nəzarətə alınması) üsulunun tətbiqi və müalicə tədbirlərinə öncə başlanılması da COVID-19-la mübarizənin ən vacib şərtlərindən olub.

O, Türkiyənin Avropa ölkələri arasında koronavirusdan ölənlərin sayına görə sonuncu yerdə olduğunu qeyd edib. F. Qoca bunu ölkədə filyasyonun düzgün yerinə yetirilməsi ilə əlaqələndirib.

Nazir deyib ki, Türkiyədə filyasyon üsulu ilə indiyədək 464 min 434 nəfər yoxlanılıb: “Digər uğurumuz isə koronavirus infeksiyasına yoluxan heç bir xəstənin müalicəsinin ev şəraitində aparılmaması ilə əlaqədardır. Koronavirus xəstələrinin sayında ciddi azalma var”.

F.Qoca yaşı 65-dən yuxarı olan Türkiyə vətəndaşlarının küçəyə çıxma qadağasının aradan qaldırılması ilə əlaqədar məsləhətləşmələr aparıldığını qeyd edib.

Nazir yoluxma və ölüm sayında azalma olduğunu qeyd etməklə yanaşı, bildirib ki, tədbirlər may ayı boyunca da davam edəcək.

F.Qoca indiyədək 7 428 tibb işçisinin koronaviorusa yoluxduğunu da deyib.