XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 19:41

Rusiya XİN:"ABŞ və İranı aqressiv ritorikadan çəkinməyə çağırırıq"

Rusiya ABŞ və İranı Fars körfəzində beynəlxalq norma və qaydalara uyğun davranmağa və təxribata getməməyə çağırıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya tərəfləri aqressiv ritorikadan uzaq durmağa dəvət edir.

“Tehranın A hərbçilərinə qarşı kəskin tənqidi bizə aydındır. Onlar aprelin 15-də Fars körfəzinin İran sahillərində təhlükəli manevrlər ediblər. Biz iranlıları maksimum dərəcədə təmkinli və ehtiyatlı olmağa dəvət edirik”, – deyə M. Zaxarova bildirib.

XİN nümayəndəsi qeyd edib ki, Moskva Fars körfəzində stabillik və təhlükəsizliyə əsas faktorlardan biri kimi baxır.

“Regionda kollektiv təhlükəsizlik barədə təşəbbüsümüz də bu məntiq üzərində qurulub”, – deyə M. Zaxarova vurğulayıb.