Fransada ötən sutkada 251 nəfər xəstəxanada, 184 nəfər isə qocalar evində olmaqla toplam 435 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, koronavirusdan ölənlərin sayı 24 087 nəfərə yüksəlib.
Bundan başqa, yoluxanların sayı 1 607 nəfər artaraq 128 442 nəfərə çatıb.