Qırğız Respublikasında daha 17 nəfərdə koronavirus aşkarlanıb.
Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 746-ya yüksəlib.
Qırğız Respublikasında indiyədək 8 nəfər COVID-19-un qurbanı olub. 462 nəfər isə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda ölkədə 276 aktiv koronavirus xəstəsi var/Report.