XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 14:57

Mer:"Los-Anceles şəhərində hər kəs koronavirus testindən keçəcək"

Pandemiyanın cənginə aldığı ABŞ-ın Los-Anceles şəhərində hər kəs koronavirus testindən keçəcək.

Bunu şəhərin meri Erik Qarsetti açıqlayıb.

Məlumata görə, koronavirus testləri pulsuz ediləcək.

Bundan öncə koronavirus testindən yalnız simptomları olanlar keçirdi.

Qeyd edək ki, Los-Ancelesdə indiyədək 22 485 nəfərdə virusa yoluxma faktı qeydə alınıb. Onlarda 1 056 nəfər pandemiyanın qurbanı olub. ABŞ-da yoluxanların ümumi sayı isə 1040 000-i ötdüyü halda ölənlərin sayı 61 000 nəfərə yüksəlib/Report.